USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”in fəaliyyəti barədə Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin jurnalında məqalə dərc olunub

Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin “Dövlət Xidmətlərində İslahatlar və Təcrübələr” beynəlxalq jurnalında “Səmərəli dövlət xidmətlərinin göstərilməsi: Azərbaycan nümunəsi” adlı məqalə dərc olunub. Məqalədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan qurumların fəaliyyəti və uğurları, o cümlədən “ASAN xidmət” mərkəzləri, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi, “ABAD” publik hüquqi şəxsin layihələri və nailiyyətlərindən bəhs edilir.

 

Yazıda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativ və keyfiyyətli formada xidmət göstərildiyi, Dövlət Agentliyinin ölkədə dövlət xidmətləri sahəsində şəffaflığın təmin olunmasında mühüm rol oynadığı qeyd edilir. Vətəndaş xidmətləri sahəsində tətbiq etdiyi sosial innovasiyalara görə "ASAN xidmət"in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə dövlət xidmətlərində rəqəmsallaşmanın tətbiqi üzrə BMT-nin xüsusi mükafatına layiq görüldüyü vurğulanır.

Məqalədə Elektron Hökumətin İnkişafı Mərkəzinin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilib. Bundan başqa, ölkəmizin sosial-iqtisadi tərəqqisinə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması vasitəsilə dəstək verən “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də geniş yer ayrılıb.

“Dövlət Xidmətlərində İslahatlar və Təcrübələr” jurnalı Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin dövlət xidmətləri, bu sahədə islahatlar nəzəriyyəsi və təcrübəsi ilə bağlı akademik fikir mübadiləsi məqsədi ilə iki ildə bir dəfə nəşr etdirdiyi jurnalıdır. Jurnal adıçəkilən Mərkəzin 42 iştirakçı ölkəsində və tərəfdaşlıq etdiyi 70-dən çox beynəlxalq təşkilat, qeyri-hökümət təşkilatları və akademik qurumlarda yayımlanır. 

 

Qeyd edək ki, bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzi çərçivəsində yayımlanan sayca üçüncü yazıdır. 

 

Məqalənin tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.astanahubjournal.org/index.php/ijcsrp/article/view/153

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!