USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qadın zorakılığının qarşısının alınması və mübarizəsi haqqında Avropa Şurası Konvensiyasının 13-cü maddəsinin izahına həsr olunan vebinar baş tutub- VİDEO

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına (İstanbul Konvensiyasına) dair geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə Avropa İttifaqı və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" birgə layihəsi çərçivəsində İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlar təşkil edilir. Bu vebinarlar konvensiya barədə daha çox məlumat əldə etməkdə maraqlı olan hər kəs üçün açıqdır və qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyası sahəsində Azərbaycanda dialoq məkanının yaradılması məqsədi daşıyır. 

Bu silsilədən ikinci vebinar iyunun 8-də keçirilib. Tədbir qadınlara qarşı zorakılıq və məişət zorakılığı haqqında məlumatlılığın artırılmasına dair 13-cü maddəyə həsr olunub. 

Vebinarda 13-cü maddənin təqdimatında İsveç, Danimarka, Portuqaliya, Fransa və Belçika kimi ölkələrin bu sahədə qabaqcıl təcrübələri yer alıb. Daha sonra sual-cavab sessiyası keçirilib. Sual-cavab sessiyasında iştirakçılar maarifləndirmədə kişi və oğlanların rolu, media ilə işin əhəmiyyəti, maarifləndirmə tədbirləri üçün zəruri resursların ayrılması və qadın təşkilatları, bərabərlik məsələləri üzrə qurumlar, milli insan hüquqları institutları və media daxil olmaqla qurumlararası əməkdaşlıq kimi məsələlərə dair suallar veriblər. 

Məlumatlılığın artırılmasına dair 13-cü maddədə dövlətlərdən qadınlara qarşı zorakılıq və məişət zorakılığı, bu cür zorakılıqların müəyyən olunması və qarşısının alınması, fəsadları, eləcə də uşaqlara təsiri barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya və ya proqramlar işləyib hazırlamaq tələb olunur. 

Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əksər ölkələrdə olduğu kimi Azərbaycanda da problem olaraq qalır. Azərbaycan son illərdə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun qarşısının alınması sahəsində müəyyən irəliləyişlərə nail olub. O cümlədən, 2020-ci ilin noyabrında Məişət zorakılığı ilə mübarizəyə dair ilk Milli Fəaliyyət Planı qəbul olunub. 

Bu silsilədən olan vebinarların cəmiyyətin maarifləndirilməsində böyük rolu olacağına ümidvarıq.

">

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!