USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbul Konvensiyasında qadınlara qarşı zorakılıqla bağlı məlumatlılığın artırılması barədə nə deyilir - FOTO

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına (İstanbul Konvensiyasına) dair geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə Avropa İttifaqı və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" birgə layihəsi çərçivəsində İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlar təşkil edilir. Bu vebinarlar konvensiya barədə daha çox məlumat əldə etməkdə maraqlı olan hər kəs üçün açıqdır və qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyası sahəsində Azərbaycanda dialoq məkanının yaradılması məqsədi daşıyır.

Bu silsilədən ikinci vebinar iyunun 8-də keçirildi. Tədbir qadınlara qarşı zorakılıq və məişət zorakılığı haqqında məlumatlılığın artırılmasına dair 13-cü maddəyə həsr olundu.

Avropa Şurasının İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığına son qoyulması məqsədi daşıyan ən əhatəli beynəlxalq hüquqi müqavilədir (“qızıl standart”dır). Bu, ilk növbədə qadınlara qarşı zorakılığa sıfır tolerantlığı, qadınların insan ləyaqətinin və insan hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır.

Maddə 13: Qadınlara qarşı zorakılığa dair məlumatlılığın artırılması

Məlumatlılığın artırılmasına dair 13-cü maddədə dövlətlərdən qadınlara qarşı zorakılıq və məişət zorakılığı, bu cür zorakılıqların müəyyən olunması və qarşısının alınması, fəsadları, eləcə də uşaqlara təsiri barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya və ya proqramlar işləyib hazırlamaq tələb olunur. Maddədə o da vurğulanır ki, maarifləndirmə mütəmadi əsasda və bərabərlik məsələləri üzrə qurumlar və qadın təşkilatları kimi müxtəlif iştirakçılar arasında əməkdaşlıq vasitəsilə həyata keçirilməlidir. Maarifləndirmə işi qadınlara qarşı zorakılığın qarşısının alınmasının bir elementidir və İstanbul Konvensiyasının 4 əsas prinsipindən biridir: zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb olunması və əlaqələndirilmiş siyasətlər. Bu səbəbdən də qadınlara qarşı zorakılıq və məişət zorakılığının effektiv şəkildə qarşısının alınması və onunla mübarizə aparmaq üçün qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə işi məsələnin bir hissəsi kimi və digər elementlərlə birlikdə başa düşülməlidir.

Qadınlara qarşı zorakılıqla bağlı məlumatlılığın artırılmasına dair  səylərin uğurlu olması üçün bir neçə elementə ehtiyac var:

-      Mövzu üzrə ekspertlər, o cümlədən qadın təşkilatları cəlb olunmalıdır;

-      Kifayət qədər resurs olmalıdır;

-      Konkret  kontekst nəzərə alınmalıdır.

Vebinarda 13-cü maddənin təqdimatında İsveç, Danimarka, Portuqaliya, Fransa və Belçika kimi ölkələrin bu sahədə qabaqcıl təcrübələri yer alıb. Bunun ardınca sual-cavab sessiyası keçirilib. Burada iştirakçıların öz fikirlərini bildirmək və iştirakçılar maarifləndirmədə kişi və oğlanların rolu, media ilə işin əhəmiyyəti, belə tədbirlər üçün zəruri resursların ayrılması (maliyyə, eləcə də müvafiq şüarların hazırlanmasına yetərli vaxt ayıra biləcək işçi heyət daxil olmaqla) və qadın təşkilatları, bərabərlik məsələləri üzrə qurumları, milli insan hüquqları institutları və media daxil olmaqla mümkün qədər çox qurumun əməkdaşlığı kimi məsələlərə dair sual vermək imkanı olub.

Azərbaycanda qadınlara qarşı zorakılığa dair məlumatlılığın artırılması

Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əksər ölkələrdə olduğu kimi Azərbaycanda da problem olaraq qalır. Azərbaycan son illərdə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun qarşısının alınması sahəsində müəyyən irəliləyişlərə nail olub, o  cümlədən 2020-ci ilin noyabrında Məişət Zorakılığı ilə Mübarizə üzrə ilk Milli Fəaliyyət Planını təsdiqləyib. Bununla belə, əlavə tədbirlərə ehtiyac var. İstanbul Konvensiyasına tərəf olmaqla Azərbaycan qadınlara qarşı zorakılıq sahəsində “qızıl standartı” tətbiq etmiş olacaq, daha az zorakılıqla daha azad cəmiyyətə yol açacaq.

Ümidvarıq ki, bu silsilədən olan vebinarlar konvensiyanın Azərbaycanda daha yaxşı başa düşülməsinə öz töhfəsini verəcək. 2021-ci ildə  növbəti vebinarlarda əsas diqqət aşağıdakı mövzulara yönəldiləcək:

·        Məişət və cinsi zorakılıq törədən şəxslər üçün proqramlar: İstanbul Konvensiyasının 16-cı maddəsi”

·        “Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi”

 

İstanbul Konvensiyası və qarşısının alınması, müdafiə, məsuliyyətə cəlb olunma və əlaqələndirilmiş strategiyalarla bağlı onun dörd əsas prinsipi barədə əlavə məlumatı bu infoqrafikdəbu broşurda əldə etmək mümkündür.

Azərbaycanda qadınlara qarşı zorakılığa son qoymaq üçün Avropa İttifaqı və Avropa Şurasının hansı tədbirlər gördüyü ilə bağlı ətraflı məlumatı layihənin səhifəsindən əldə edə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!