Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 4 günlük seminarlara yekun vurulub. 13-16 iyul tarixində ASAN Təlim–Tədris Mərkəzində təşkil olunan seminarlarda “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Medianın əsasları”, “Sosial medianın jurnalistikada istifadəsi”, “Blogerliyin əsasları”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “myGov” elektron hökumət portalı”, “e-gov.az” portalı”, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” mövzuları müzakirə olunub, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
16 iyulda, seminarların son günündə ümumi mükafat fondu 2200 AZN təşkil edən müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən aşağıdakı mövzular üzrə araşdırmalar hazırlanaraq kütləvi informasiya vasitələrində dərc olunmalıdır:
• “ASAN ödəniş” portalının funksionallığı və portala yeni xidmətlərin gətirilməsi üçün təkliflər;
• “ASAN Finans”ın vətəndaş və biznes qurumları üçün üstünlükləri;
• Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları;
• Özəl sektorda vətəndaşların işlərini rahatlaşdıracaq həllər;
• Mövcud elektron hökumət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları;
• Azərbaycanda tələbatı yüksək olan xidmətlərin elektronlaşdırılması;
• Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları;
• Rəqəmsal hökumətdə süni intellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi.
Hazırlanmış materiallar proqramın münsiflər heyəti tərəfindən təhlil edilərək qiymətləndiriləcək. Birinci, ikinci və üçüncü yerin qalibi proqramın mükafatlandırma mərasimində elan olunacaq.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!