USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Qəhrəman Çingiz Mustafayev adına Fond müsabiqə elan edir

Azərbaycanın sözünün və səsinin peşəkarcasına yayılmasına dəstək olaraq, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond milli medianın inkişafı, jurnalistlərin həvəsləndirilməsi və istedadlı mütəxəssislərin tanıdılması məqsədilə “İLİN JURNALİSTİ” nominasiyası üzrə müsabiqə elan edir. 

Müsabiqənin əhatə etdiyi dövr:

Müsabiqə elan olunan günədək son 1 ildə yayımlanmış və ya dərc olunmuş material təqdim edilir. 

Müsabiqədə iştirak edə bilər:

Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan və müstəqil fəaliyyət göstərən jurnalistlər, reportyorlar, rejissorlar, operatorlar, fotoqraflar və aparıcılar iştirak edə bilərlər. 

Müsabiqəyə müraciət forması:

Sənədlər və materiallar Çingiz Mustafayev adına Fonda təqdim edilməlidir. 

Müsabiqədə hər nominasiya üçün bir yer və bir mükafat nəzərdə tutulub:

1. a. İlin Ən Yaxşı Videoreportyoru Televiziyada

1. b. İlin Ən Yaxşı Videoreportyoru Sosial Mediada

2. İlin Ən Yaxşı Televiziya Filmi 

3. İlin Ən Yaxşı Audioreportyoru

4. a. İlin Ən Yaxşı Jurnalist Məqaləsi Çapda

4. b. İlin Ən Yaxşı Jurnalist Məqaləsi Sosial Mediada

5. İlin Ən Yaxşı Operatoru

6. İlin Ən Yaxşı Fotoqrafı

7. a. İlin Ən Yaxşı TV Aparıcısı (Qadın)

7. b. İlin Ən Yaxşı TV Aparıcısı (Kişi)

Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

Mais Məmmədov, Vahid Mustafa yev, Reza Diqqəti, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Vasif Babayev, Sevda Həsənova, Lev Əsgərov, Seyfulla Mustafayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Yuri Varnovski

Mükafatlandırma:

Hər bir mükafat üçün 1 000 (bir min) manat nəzərdə tutulub. Bundan başqa, Dəqiq Mexanizmlər İstehsalçısı olan "VMF Natural Frequencies" fabrikinin xüsusi olaraq bu tədbir üçün hazırlanmış xatirə saatları da təqdim olunacaq.

Müsabiqənin şərtləri:

a. Müsabiqəyə yalnız elan olunmuş nominasiyalara dair materiallar qəbul ediləcək.

b. Müsabiqəyə materialların qəbuluna dair son tarix - 20 avqust 2021-ci ildir.

İşləri təqdim etmək üçün materiallar wetransfer.com-la yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Formatlar: Mp4, Mp3, WAV, Jpg. 

E-mail ünvanı: [email protected]

Təqdimat məktubunda nominant təqdim edən şəxsin əlaqə vasitələri yer almalıdır:

1. Adı, Soyadı

2. Yaşadığı ünvan

3. Ev və ya iş telefonu 

4. Mobil telefonu (whatsapp və ya telegram olan)

5. E-mail ünvanı

Qaliblər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günündə - 29 avqust 2021-ci il tarixdə elan ediləcək. 

Əlaqə telefonu: (012) 345 45 08, (051) 206 42 70

İnformasiya dəstəyi: 

İTV, ASAN Radio, haqqin.az, “Trend” informasiya agentliyi, milli.az, musavat.com

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!