USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin  təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekununa dair onlayn tədbir təşkil olunub. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “500 Startups” şirkətinin regional direktoru Pedro Vieira, “PAŞA Holdinq”in direktor müavini Fərid Məmmədov, innovasiya və startap ekosisteminin oyunçuları iştirak ediblər. 

Tədbirin proqramına əsasən, “Azərbaycan 500 ASAN Startap Proqramı”nı müvəffəqiyyətlə başa vuran 10 startap komandası  - “Tinyworks”, “Uniforius”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTrip”, “Rihand”, “Talant.az”, “Booknote” və “QMS” iştirakçılara öz layihələrini təqdim ediblər. 

5 fevral 2021-ci il tarixindən start verilmiş “Azərbaycan 500 ASAN Startap Proqramı”ına qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin mərhələni uğurla başa vuran 53 iştirakçıdan ibarət 18 komanda yaradılıb. Sonrakı mərhələdə 10 komanda (27 iştirakçı) seçilərək proqramın qalan mərhələlərində iştirak edib. Proqramın icrası "500 Startups" şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb. 

Proqram müddətində iştirakçılar “Startap quruculuğu və komanda formalaşması”,  “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli mövzularda bir sıra təlimlər və sessiyalarda iştirak ediblər. 

Dünyada innovasiya və startap ekosisteminin inkişafında qabaqcıl şirkətlərdən olan “500 Startups” bu günə qədər 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkət 2500-dən çox startapa investisiya qoyuluşunda iştirak edib. Son 10 il ərzində 33 “Unikorn” və 100-dən çox “Sentavr” şirkəti olan “500 Startups” qlobal innovasiya ekosisteminin aparıcı oyunçularından biridir. 

Xatırladaq ki, 24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

“Azərbaycan 500 ASAN Startap Proqramı”nın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək, yeni startapların qurulmasını sürətləndirmək idi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!