“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqamının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və ”YARAT” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə start verilən “FotoMən 3” layihəsinin açılış mərasimi baş tutub.
ASAN Radionun məlumatına görə, açılış mərasimindən sonra ilkin təlim keçirilib.
Azərbaycanda ilk dəfə gənclər üçün fotoqrafiya sahəsində ödənişsiz şəkildə təşkil olunmuş “FotoMən” layihəsinin əsas məqsədi ölkəmizdə gənc fotoqrafların yetişməsinə töhfə verməkdir.
Layihədə müsahibə yolu ilə seçilmiş 50 iştirakçı fotoqrafiya ilə bağlı müxtəlif təlimlərdə iştirakla yanaşı studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən layihədə iştirak edən 15 nəfərədək gənc fotoaparat və digər texniki avadanlıqlarla təmin ediləcək.
Layihənin yekununda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgi təşkil olunacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!