USD - 1.7 EUR - 1.9736 RUB - 0.0238 TRY - 0.1849 DAHA ÇOX
SON DƏQİQƏ
Tezliklə Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər”  Yarmarkası keçiriləcək   Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirilib - VİDEO Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirildi Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib “YAŞAT” Fondu daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib
Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir.

Səfər çərçivəsində Mərakeş Krallığının İqtisadiyyat, Maliyyə və İnzibati İslahatlar Nazirliyinin İnzibati islahatlar üzrə Dövlət katibi Ahmed Lamumri ilə görüş keçirilib. Görüş zamanı 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə Mərakeş Krallığının sözügedən qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər və planlaşdırılan layihələr barəsində müzakirələr aparılıb. Müqavilənin icrası çərçivəsində üçillik “Fəaliyyət Planı”nın imzalanması ilə əlaqədar razılıq əldə olunub. Eyni zamanda “ASAN xidmət”  konsepsiyasının Mərakeşdə tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə əlaqədar danışıqlar aparılıb.

A.Lamumri “ASAN xidmət”  konsepsiyasının unikal bir model olduğunu qeyd edib və 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində “ASAN xidmət”ə  ziyarətini məmnunluqla xatırladığını bildirib. 

Həmçinin Mərakeş tərəfi “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiyasiya”nın Nizamnamə layihəsinin imzalanması ilə əlaqədar hazırda dövlətdaxili prosedurların davam etdiyini qeyd edib.

Bundan əlavə Mərakeş Krallığının Turizm, Hava Nəqliyyatı, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin Sənətkarlıq üzrə Katibliyinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar geniş təqdimat edilib. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qeyd olunan istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar razılıq əldə olunub.

Səfər çərçivəsində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) Rabatda yerləşən mənzil qərargahında Təşkilatın nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin elektron hökumət və sosial innovasiyalar sahəsində həyata keçirdiyi layihələr barədə geniş təqdimat edilib. Təqdimat zamanı UCLG Afrika təşkilatının regional bölmələrinin rəhbərləri də iştirak ediblər. 

Həmçinin 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə UCLG Afrika təşkilatı arasında ilə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “Fəaliyyət Planı”nın imzalanması, eləcə də Afrika qitəsində yerli idarəetmə və dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil olunan ən böyük tədbir hesab edilən Afrika Şəhərlərinin növbəti Sammitində (“Africities”) Dövlət Agentliyi tərəfindən panel iclasınınn keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Səfər proqramı çərçivəsində İslam İnkişaf Bankının Rabat şəhərində yerləşən Regional Mərkəzinin nümayəndələri ilə görüş keçirilib və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə geniş təqdimat edilib. Eyni zamanda gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio