USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirildi

Azərbaycanda Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiya ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində Avropa İttifaqı və Avropa Şurası birgə silsilə vebinarlar təşkil edir. Vebinarlar Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi çərçivəsində həyata keçirilir və İstanbul Konvensiyasının maddələrinə həsr olunur.

Bu vebinarlarda əsas diqqət konvensiyanın konkret maddələrinə yönəldilir. Konvensiyanın hər cür auditoriya üçün əlçatan olmasını təmin etmək, eləcə də Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyasına dair dialoqu təşviq etmək üçün geniş ictimaiyyət arasında bu mövzuya dair məlumatlılığı artırmaq məqsədi daşıyır. Bu silsilədən olan üçüncü vebinar oktyabrın 12-də keçirilib.Tədbir məişət və cinsi zorakılıq törətmiş şəxslər üçün qabaqlayıcı müdaxilə və müalicə proqramlarına dair 16-cı maddəyə həsr olunub.

Vebinarda həmin maddə ilə bağlı araşdırmanın Azərbaycan dilinə tərcümə olunmuş nəşri də təqdim olunub. 2021-ci ilin növbəti və yekun vebinarı "Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi" mövzusuna həsr olunacaq və dekabrda keçiriləcək. Vebinarlarda təqdim olunmuş bütün araşdırmaların Azərbaycan dilinə tərcümələrini Avropa Şurasının Bakıdakı ofisinin saytında əldə etmək mümkündür.

İstanbul Konvensiyası və onun qabaqlama, müdafiə, cinayət təqibi və əlaqələndirilmiş siyasətlərdən ibarət olan dörd əsas prinsipi barədə əlavə məlumatı bu infoqrafikdə və bu broşürdə əldə etmək mümkündür. Azərbaycanda qadınlara qarşı zorakılığa son qoymaq üçün Avropa İttifaqı və Avropa Şurasının hansı tədbirlər gördüyü ilə bağlı ətraflı məlumatı layihənin səhifəsindən əldə edə bilərsiniz/

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!