USD - 1.7 EUR - 1.9785 RUB - 2.3681 TRY - 0.037 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
İstanbul Konvensiyasının spesifik maddələrinə həsr olunmuş vebinar keçirildi

21 dekabr 2021-ci il tarixində İstanbul Konvensiyasının spesifik maddələrinə həsr olunmuş silsilə vebinarların sonuncusu keçirildi. İstanbul Konvensiyası Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyasıdır. Vebinarların məqsədi Azərbaycanın bu beynəlxalq müqaviləyə tərəf olma istiqamətində müzakirələri təşviq etmək üçün konvensiyanın məzmununu izah etməkdir. Dördüncü və sonuncu vebinar İstanbul Konvensiyasının təcili qadağanedici əmrlər haqqında 52-ci maddəsinə həsr olunmuşdur. Vebinarda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq ekspert 52-ci maddəyə dair məlumat verdi etdi və təcili qadağanedici əmrlərlə müdafiə orderləri arasındakı fərqi izah etdi. Ekspert lazımi səy prinsipini və dövlətin qurbanları qorumaq vəzifəsini, eləcə də qurbanların təhlükəsizliyini artırmaq üçün təcili qadağanedici əmrlərin necə tətbiq olunacağı və onların yarada biləcəyi çətinlikləri də vurğuladı. İsveç və Avstriya daxil olmaqla qabaqcıl təcrübələrdən bəzi nümunələr təqdim olundu. Daha sonra suallar və cavablar sessiyası çox canlı keçdi və Avropa Şurasının üzv dövlətləri tərəfindən bu vasitənin tətbiqinə dair qabaqcıl təcrübələr, 52-ci maddəyə əsasən dövlətlərin atmalı olduğu addımlar kimi mövzuları əhatə etdi.

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi tərəfindən həyata keçirilmişdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!