Bu gün səhər saatlarında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Bakıda Zığ-Hava limanı avtomagistralında tam bağlanan yolda hərəkət yenidən bərpa edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda məhdudlaşdırılmış hərəkət, 2-ci zolaqda isə sürət həddi bərpa edilib".
Xatırladaq ki, bu gün səhər Zığ-Hava limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Avtomagistralın Zığ dairəsindən aeroport istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilirdi.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!