USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bayıldakı sürüşmə ilə bağlı ETSN-dən CAVAB

Hazırda Bayıl yamacında sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edilmir, vəziyyət stabildir.

Bunu ASAN Radioya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sürüşmənin dinamikasında ciddi aktivliyin müşahidə edilməməsinə baxmayaraq, ciddi nəzarət tədbirləri həyata keçirilir, ETSN tərəfindən ərazidə tədqiqat işləri davam etdirilir:

"Hazırda ərazidə hidrogeoloji, həm də mühəndis-geoloji vəziyyətin öyrənilməsi üçün buruq-qazma işləri apaılır. Həmin qazma zamanı süxur nümunələri götürülüb laborator şəraitdə analiz olunacaq. Bundan sonra əvvəlki tədqiqatlar da nəzərə alınmaqla, sürüşmənin baş vermə səbəbi və əhatə dairəsi ilə bağlı rəy hazırlanacaq və son qərar veriləcək”.

 

R.Həsənov deyib ki, bu həftənin sonuna kimi ETSN-nin sürüşmə ilə bağlı rəyinin hazır olacağı gözlənilir.

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!