USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllü məşhurlar” növbəti məşhur qonağı qəbul edib

Sumqayıt regional “ASAN xidmət” mərkəzi 27 fevral 2018-ci il tarixdə “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul edib.

Bu barədə ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Əməkdar artist, tanınmış müğənni Ədalət Şükürov Sumqayıt “ASAN xidmət” mərkəzinin qonağı olub. Ədalət Şükürov cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşüb, öz həyat təcrübəsindən, əldə etdiyi uğurlardan, könüllülük fəaliyyətinin əhəmiyyətindən danışıb, verilən sualları cavablandırıb. Çay süfrəsindən sonra Ədalət Şükürov könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib, vətəndaşlardan sorğu götürüb, "Yaşıl ASAN", "ASAN məktub", "Əsgərə Məktub" layihələrinə dəstəyini ifadə edib.

Bütün fəaliyyətlərini nəzərə alaraq Ədalət Şükürov 27 fevral 2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.

Qeyd edək ki, bundan öncə xalq yazıçısı Cingiz Abdullayev, Azərbaycan futbol millisinin və Qarabağ Ağdam futbol klubunun baş məşqçisi Qurban Qurbanov, deputat Tahir Mirkişili, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə, Azərbaycanın əməkdar artisti Murad Dadaşov layihənin qonağı olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!