USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
5 min manatı sahibinə qaytaran məktəbliyə təhsil nazirinin mükafatı təqdim olunub

Bu günlərdə Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Zaur oğlunun nəcib hərəkəti - tapdığı 5 min manatı sahibinə qaytarması kütləvi-informasiya vasitələrində və sosial şəbəkələrdə geniş işıqlandırıldı.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu nəcib hərəkəti yüksək dəyərləndirən təhsil naziri Ceyhun Bayramovun tapşırığı ilə mayın 2-də məktəbdə nazirliyin, məktəbin pedaqoji kollektivinin və rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Təhsil Şöbəsinin müdiri Validə Hüseynova tədbiri açaraq məktəbli İdris Abbasovun bu nəcib hərəkətini alqışlayıb, onun valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramovun adından valideynləri və məktəbin kollektivini təbrik edən Təhsil Nazirliyinin informasiya şöbəsinin əməkdaşı Jalə Məmmədova “Təşəkkürnamə”ni, planşeti və kitabları İdris Abbasova təqdim edib.

Məktəbin direktoru Nizami Məmmədov və sinif rəhbəri Nüşabə Əhmədova İdrisin məktəbin ən tərbiyəli şagirdlərindən biri olduğunu söyləyiblər.

İdrisin babasının qardaşı Ramiz Çıraqlı göstərilən diqqət və qayğıya görə Təhsil Nazirliyinə və rayon Təhsil Şöbəsinə, məktəbin kollektivinə minnətdarlıq edib.

Bütün gənclər üçün örnək olan nümunəvi davranış nümayiş etdirən 8-ci sinif şagirdi İdris Abbasov AZƏRTAC-a bildirib ki, hər bir məktəbli belə halla qarşılaşarsa, onun kimi edər. Çünki həmin pul başqasına aiddir.

Qeyd edək ki, məktəbli pulun sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!