19/09/2018 09:45

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Gündəm

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək


20.08.2018   16:28


Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. Bu barədə Asan Radioya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook