USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirdi. Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu bildirdi.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri xatırlandı və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad ölkələrimiz arasında dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!