USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Balıqların kütləvi məhvinin qarşısı alınıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məhsullarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ASAN Radioya verilən məlumata görə, İdarənin Brakonyerliyə qarşı Mübarizə Bölməsinin, ərazi qurumlarının əməkdaşları tərəfindən cari il oktyabrın 4-5-də keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində  qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan  şəxslər saxlanılıb. Bu şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də, Su Nəqliyyatında Polis İdarəsində aparılan araşdırma zamanı onların yalan söylədikləri məlum olub. Araşdırmalar zamanı o da müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqramdan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutulmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.  Araşdırmaların nəticəsindən asılı olaraq hər üç şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlər görüləcək.

İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda brakonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına və dənizdə olan bəzi digər qanun pozuntularına qarşı reydlər davam etdirilir. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!