USD - 1.7 EUR - 1.9288 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Britaniya atəşkəs rejiminin pozulmasına son qoymağa çağırdı Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib" Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib – VİDEO Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb, 510 nəfər sağalıb, 6 nəfər vəfat edib Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - Video
İrandan Azərbaycana gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlanıb

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizmlərdən olan "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

Qeyd edək ki, "tut qalxanlı yastıcası" kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vurur. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio