USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gəncədə yaşayış binasında partlayış olub, dağıntılar altında qalanlar var (YENİLƏNİB)

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağntılar altından bir nəfər sağ çıxarılıb. Bu barədə Trend-ə özəl olara Səhiyyə Nazirliyinini mətbuat xidmətinin rəhbəri Prəviz Abubəkirov deyib.

***

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı daha 1 nəfərin dağıntılar altda qaldığı ehtimal edilir.

Trend-in məlumatına görə, yaşayış binasının partlayış baş verən giriş blokunun 1-ci mərtəbəsində 2 nəfər kirayədə yaşayırmış. Hadisədən sonra həmin şəxslərdən birinin meyiti dağıntılar altından çıxarılsa da, digər bir nəfərin axtarışları davam etdirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Məlumata görə, 4 mərtəbəli yaşayış binasının 1-ci blokunun üst mərtəbələrində yaşayış olmayıb.

Xatırladaq ki, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

***

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

REAL-ın məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə bloklardan birinin bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.

Binada baş verən hadisənin qaz partlayışı olduğu bildirilir. 

Bakıdan Gəncəyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göndərilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!