USD - 1.7 EUR - 1.9847 RUB - 2.1795 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Azəriqaz” təbii qaza görə limitlə əlaqədar yazılara münasibət bildirib

“Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini Sahib Məmmədova istinadən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar dərc olunan yazılara münasibət bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev “Report”a bildirib ki, bununla bağlı yazılanlar və söylənilən fikirlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Sahib Məmmədov “Facebook” səhifəsində dəqiqləşdirmədiyi məlumatı paylaşmaqla təbii qaz istehlakçiları arasında çaşqınlıq yaradıb. İ.Kərballayev S.Məmmədovun yazdıqlarına cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb. Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb. İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib”, - deyə İ.Kərbalayev vurğulayıb.

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur: “Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir. Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!