Son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur.
İdarədən ASAN Radioya verilən məlumata görə, mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!