İtaliya-Azərbaycan Beynəlxalq Film Festival çərçivəsində master-klass keçirilib.
ASAN Radio xəbər verir ki, İtaliyanın tanınmış aktyoru, İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının prezidenti Remo Cerone, Festivalın bədii direktoru tanınmış İtaliya rejisoru Klaudio Rossi Massimi, İmago Group film istehsalı şirkətinin rəhbəri Lüçiya Makale, İtaliyalı aktyor Viktoriya Zinni tədbir iştirakçılarına kinematoqrafiya və xüsusən də İtaliya kinematoqrafiyası üzrə ustad dərsi keçib. Proqramda Ca 'Foscari universitetinin kinematoqrafiya fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub. Sonra Ca Foscari universitetinin tələbələrinin hazırladığı qısa filmləri nümayiş olunub.
Qeyd edək ki, master-klass Venesiyanın Ca Foscari Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə həyata keçirilib.
XƏBƏR LENTİ