Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görürən hansısa dəyişikik ciddi nevroloji problemlərdən xəbər verə bilər.
ASAN Radio zəbər verir ki, bu fikirləri tanınmış mütəxəssis, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyib.
Onun sözlərinə görə, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar).
Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstərişdir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir.
Z.Əliyev bildirib ki, valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar. Məsələn, qıcolma kəsilən kimi, dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər: “Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmaları düzəlsə də, əqli problemləri həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Bu məsələlərlə bağlı mediada, televiziyalarda maarifləndirici verilişlər artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!