Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.
ASAN Radio xəbər verir ki, məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verdi.
Bildirildi ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.
Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!