USD - 1.7 EUR - 1.9888 RUB - 2.0028 TRY - 0.0412 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Bakı Mühəndislik Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin növbəti seminarı keçirilib

6 mart 2019-cu il tarixdə Bakı Mühəndislik Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin növbəti seminarı keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.

”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.

Qeyd edək ki, tədbir 2 hissədən ibarət olub. Birinci hissədə layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat vermiş, daha sonra layihə spikerləri, DİA məzunu , ASAN könüllüsü olmuş və hal –hazırda  ASAN Vizada fəaliyyət göstərən Yusif Əliyev və BMU tələbəsi, ASAN könüllüsü Sevinc Salehqızı könüllülüklə başlayan uğur hekayələrini universitetin tələbələri ilə bölüşdülər.  2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, növbəti seminarlar 12 mart saat 15:00-da Sumqayıt Dövlət Texniki Kollecinin  tələbələri, 14 mart saat 12:00-da isə Bakı Dövlət Universitetinin ilə keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!