USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
3-cü IMAGINE Avro Tolerantlıq Festivalı başlayır - FOTOLAR

Şərq Tərəfdaşlığının  10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi  Avropa İttifaqı  üzv ölkələrinin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail və İsveçrə səfirlikləri ilə, United Cultures ilə əməkdaşlıq çərçivəsində birgə 1-14 May 2019-cu il tarixində  mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönəlmiş 3-cü IMAGINE Avro Tolerantlıq Festivalını təşkil edəcək .

ASAN Radio xəbər verir ki, bu ilki Festival, ötən illərdəki kimi bütün gözləntiləri üstəliyəcək. Festival zamanı tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim ediləcək.

Festivala öz filmlərini təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları qatılacaq və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak edəcəklər. Həmçinin universitetlərdə sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara master-klass dərsləri keçiriləcəkdir. Təşkilatçılar 35 ildən çox təcrübəsi olan və hazırda Belçikada dərs deyən məşhur Hollandiyalı rejissor Robert Ronbout kimi xüsusi bir qonağa ev sahibliyi etməkdən isə böyük qürur hissi duyur. 

Müxtəliflik eyni zamanda musiqiyə də aiddir. Əvvəlki illərin ənənəsini qoruyaraq, festivalın proqramı fərqli  və orijinal olmağı nəzərdə tutur: 7 may tarixində  Avropa / Azərbaycan ansamblı ilə birgə Magda Mendes tərəfindən Portuqaliya fado musiqisinin həzzini, Andalusiya,İspaniyanın düz mərkəzindən gələn gitara ifaçısı "El Amir" isə  Bakı ictimaiyyətinə Flamenko və Aralıq dənizi atmosferini  gətirəcək. Son olaraq, əslən Çilidən olan Belçikalı saksafon ifaçısı Marcelo Moncadanın  iki qeyri-adi konsertləri ilə biz caz improvizasiyasına səyahət edəcəyik.

Festival Brüsseldə yaşayan Fransız fotoqrafı Nikolas Landemardın işləri olan  fotoşəkil sərgisi ilə açılacaq. Onun fotoşəkilləri Brüsseldəki Avropa təşkilatlarının gündəlik iş reallığını nümayiş etdirir. Bu sərginin xüsusi bölməsi müxtəlifliyə həsr olunacaq. 

İlk dəfə olaraq, bu il IMAGINE Avro Tolerantlıq Festivalı həmçinin paytaxtdan kənarda, Gəncə şəhərində də keçiriləcəkdir.

IMAGINE Avro Tolerantlıq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cinema Plus, “the Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, Bakı Metropoliteni AÇS, Salaam Cinema, Məhsəti Gəncəvi Mərkəzi, "Yarat" Müasir İncəsənət Mərkəzi, İbrahim Abilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Venesiyanın Ca' Foscari Universiteti tərəfindən dəstəklənir.

ASAN Radio festivala informasiya dəstəyi verir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!