USD - 1.7 EUR - 1.9044 RUB - 2.125 TRY - 0.0438 DAHA ÇOX
YENİLİKLƏR
“ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu    28 aprel - 4 may   #AYNA-nın şöbə müdiri Tural Orucov "QəbuldASAN"da Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025 “ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım üçün iki xidmət pəncərəsi yaradılıb - FOTOLAR

Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım məqsədilə iki xidmət pəncərəsi yaradılıb. Səyyar ASAN xidmət avtobusu isə Şörəlli kəndində fermerlərə xidmət göstərməyə başlayıb.

ASAN Radio xəbər verir ki, Şörəlli və ətraf kəndlərdə yaşayan fermerlər səyyar xidmətlərdən yararlanaraq öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil ediblər. Analoji proses Bərdə  Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) və Bərdə “ASAN xidmət” Mərkəzində də həyata keçirilir.

Bu günədək 23 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. Sistemdə 440 mindən artıq fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. Nazirlik ilkin olaraq Quba və Şəki rayonlarında EKTİS-in tətbiqi ilə əlaqədar pilot layihə gerçəkləşdirib. Daha sonra maarifləndirmə işləri, informasiya məsləhət xidməti bütün respublika ərazisini əhatə edib. Qubada start verilən proses daha sonra Şəki, Sabirabad rayonlarında, hazırda isə Bərdədə davam etdirilir. 

Qeyd edək ki, bu gündən başlayaraq Bərdə rayonu ilə yanaşı, Tərtər, Ağcabədi, Ağdam, Füzuli rayonlarında və Yevlax şəhərində EKTİS-in tətbiqinə start verilib. Ayın sonunadək Qərb bölgəsində və digər regionlarda nazirlik tərəfindən analoji maarifləndirmə işlərinin aparılması və fermerlərə səyyar informasiya məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!