USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
ASAN Könüllüləri ulu öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə silsilə tədbirləri davam etdirirlər. Bu barədə ASAN xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən bu tədbirlər regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində 1 may 2019-cu il tarixindən başlayıb.

Bu çərçivədə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında “Heydər Əliyev irsi” adlı intellektual yarışma təşkil olunub, veloyürüş keçirilib, ulu öndərə həsr olunan müxtəlif kompozisiyalar nümayiş etdirilib, şeirlər və musiqi parçaları səsləndirilib. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşib.

Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!