10 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İmişli “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər qonaqlar iştirak ediblər.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışıb. Həmçinin ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığı qeyd edilib.
Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşib.
Həmçinin YAP sıralarına yeni qəbul olunmuş İmişli “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.
Tədbirin bədii hissəsində qonaqlar ASAN Könüllüləri tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hazırlanan kompozisiyanı izləyiblər. Kompozisiya ulu öndərin həyat və dövlətçilik fəaliyyətinə həsr olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!