“Saipem” şirkəti mayın 8-də gəmidə baş vermiş hadisə ilə bağlı növbəri dəfə məlumat yayıb.
Şirkətdən ONA-ya bildirilib ki, baş vermiş hadisədə yaralanmış 11 nəfərin Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına “Medevac” -xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi “Saipem” tərəfindən təşkil olunacaq. Həmin 11 nəfər “Saipem” şirkətinin əməkdaşlarıdır və aralarında Azərbaycan vətəndaşları da var.
Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi ücün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İtaliyanın "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində Xəzərin Azərbaycan sektorunda həyata keçirilən "Şahdəniz" neft-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər zamanı qəza baş verib. Hadisə zamanı 14 nəfər müxtəlif dərəcələ xəsarət alıb. Yaralılar arasında Azərbaycan, İtaliya, İngiltərə, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşları var. "Saipem"in məlumatına əsasən, bütün yaralılara lazımi tibbi yardım göstərilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!