Mayın 15-də Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya, 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb.
ASAN Radio xəbər verir ki, açılış mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu sərgilərin aqrar və qida sahəsində ən böyük tədbirlərdən biri olduğunu qeyd edib. Nazir, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə həyata keçirilən mütərəqi islahatlardan söz açıb.
Bildirib ki, kənd təsərrüfatı sahəsində qarşıda duran prioritet məsələlərdən biri də innovasiya və yeni texnologiyaların tətbiqidir. Bu baxımdan sərgi iştirakçıları nümayiş etdirilən startaplar və innovasiya sahəsində ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!