14 may tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın Lənkəran şəhərinə kənd təsərrüfatı üzrə Biznes Missiyası təşkil edib. Aİ Biznes Missiyası Aİ şirkət nümayəndələrindən və diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət olub.
ASAN Radio bildirir ki, biznes səfərinin əsas məqsədi regionda investisiya imkanlarını araşdırmaq, o cümlədən sektorda hazırkı inkişaf istiqamətləri barədə məlumat əldə etmək olub.
Biznes səfəri çərçivəsində yerli dövlət qurumları, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və bir sıra aparıcı aqrobiznes şirkətləri ilə görüşlər keçirilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ilkin görüşdə Lənkəranda kənd təsərrüfatı sektoruna dair təqdimat keçirilib və iştirakçılara elektron xidmətlər və innovativ texnologiyalar barədə məlumat verilib. Daha sonra İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin rəhbəri cənab Çingiz Əhmədovun iştirakı ilə bölgənin iqtisadi vəziyyətinə baxış keçirilib. O cümlədən, səfər çərçivəsində Astara Çay MMC şirkəti ilə görüş təşkil edilib. Görüş zamanı iştirakçılar şirkətin ümumi fəaliyyəti barədə məlumatlandırılıb, çay emalı və qablaşdırma zavoduna ekskursiya təşkil olunub və əməkdaşlıq imkanları müzakirə olunub. Biznes Missiyasına həmçinin, Gilan Aqro Sitrus, Lənkəran Konserv zavodu və Lənkəran Çay Fabriki ilə görüşlər daxil olub.
Biznes Missiyasında iştirak edən Aİ Nümayəndəliyinin təmsilçisi cənab Rainer Freund bildirib: "Aİ-nin yardımı ilə daha da dəstəklənə biləcək inkişaf imkanlarını və aqrobiznes sahəsində fəaliyyət göstərən Aİ şirkətlərinin marağı çərçivəsində olan xüsusi investisiya imkanlarını araşdırmaqdan məmnunluq duyuruq. Lənkəran iqtisadi regionu qarşıdan gələn “Azərbaycanda Lənkəran regionu üçün Aİ” fəaliyyət proqramının əsas mövzusunu təşkil edir. Proqram digər tədbirlər ilə yanaşı, tətbiqi kənd təsərrüfatı üzrə tədqiqatların inkişafı və sektorda fəaliyyət göstərən bazar iştirakçılarının əməkdaşlıq təşəbbüslərinin təşviqi vasitəsilə meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətini artıraraq regionun iqtisadi potensialını gücləndirməyi hədəfləyir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!