USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub

30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.

Müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. 24 may tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçib. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilıb.

Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Stockholmers” (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olub. (“Blue Chip” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Intangibles” (Xəzər Universiteti)) komandaları isə müvafiq olaraq II və III yerləri qazanıblar. Müsabiqə mükafatları I yer üçün 5000 AZN, II yer üçün 3000 AZN və III yer üçün 1000 AZN nəzərdə tutulmuşdur. Bununla yanaşı finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilib və müsabiqədə fərqlənən iştirakçılar ARDNF-nin müvafiq departamentində 1 aylıq təcrübə keçmək imkanı qazanıb.

“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu yarışmada iştirakçı komandalardan əsas tələb müvafiq xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!