USD - 1.7 EUR - 1.8751 RUB - 0.0264 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib DİQQƏT! Bakıda bu küçədə hərəkət 3-4 gün ərzində məhdudlaşdırılır Beynəlxalq Muğam Mərkəzində Əmir Pəhləvanın 60 illik yubileyi keçirilib AMB-nin valyuta məzənnələri   Nazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq
Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsi regional sülh və təhlükəsizliyi təhdid altına alır”

“Ermənistan-Azərbaycan münaqişəsi regional sülh və təhlükəsizliyi təhdid altına alır”.

ASAN Radionun APA-ya istinadla məlumatına görə, bu sözləri Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Atlantic Council”də çıxışı zamanı deyib.

O bildirib ki, bu münaqişəyə görə, regionda tam mənada əməkdaşlıq alınmır: “Bundan Ermənistan, həmçinin Azərbaycan əziyyət çəkir. 25 ildən çoxdur, davam edən bu münaqişəyə görə hər iki xalq əziyyət çəkir. Təsəvvür edin ki, XXI əsrdə Avropada biz I dünya müharibəsinin ssenarisini görürük. Səngərlər və bu səngərlərdə dayanmış yüz minlərlə silahlı əsgərlər bir-birinə baxır. Bu istənilən an vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.  Biz həmişə ermənistanlı həmkarlarımızdan soruşuruq. Bu münaqişə nəticəsində nə əldə etdiniz? Mənim cavabım sadədir: heç nə. Gəlin, ərazidəki real faktlara baxaq. Bu münaqişə nəticəsində Ermənistan təcrid olunmuş ölkəyə çevrilib və böyük demoqrafik çətinliklərlə üzləşib. Sovet dövründə Ermənistanın xarici nəqliyyat xətlərinin 80 faizi Azərbaycan ərazisindən keçib. Biz bu rolumuzu yenidən davam etdirə bilərik. Hər bir normal ölkədə xarici ticarətin 50 faizi qonşu ölkələrlə bağlı olur. Ermənistanın isə Türkiyə və Azərbaycanla əməkdaşlığınız yoxdur. Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdir”.

Hikmət Hacıyev bu çətin situasiyadan çıxmaq yollarından da danışıb: “Dağlıq Qarabağda erməni icması var. Onların Dağlıq Qarabağda yaşamağa haqqı var. Siz erməni icmasına xüsusi hüquq verərək, Azərbaycan icmasının hüquqlarını poza bilməzsiniz. Cavab budur ki, iki icma birlikdə sülh şəraitində yaşamalıdır və bunun nəticəsində biz geniş mənada regional əməkdaşlıq imkanı əldə edəcəyik. Əsgərlər kazarmalardan geri çəkilməlidir. Silahların üz-üzə dayandığı kazarmalar olan halda biz sülhdən danışa bilmərik. Dağlıq Qarabağdan başqa ətraf 7 rayon var. Bu rayonlar Dağlıq Qarabağdan 4 dəfə böyükdür. 700 minə yaxın azərbaycanlı məhz bu ərazilərdən məcburi köçkün düşüb. Onların öz evlərinə qayıtmaq hüququ var. Münaqişə çox mürəkkəbdir. Bir paketlə biz hər şeyi həll edə bilmərik. Fundamental yanaşmalar Madrid prinsiplərində öz əksini tapıb. Əlbəttə ki, biz tam razı deyilik. Lakin hər iki tərəf kompromisə getməlidir və biz də öz növbəmizdə kompromisə gedirik. Madrid prinsiplərində göstərilir ki, Ermənistan qoşunlar Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmalıdır. Bu 5 region və ya 2+3 region da ola bilər. Burada müxtəlif variantlar var.  Daha sonra azərbaycanlı qaçqın və məcburi köçkünlər geri qayıdır. Birinci mərhələnin uğurlu olması növbəti mərhələlərin də uğurlu olmasına şərait yaradır. Bununla da bizi münaqişənin həllinə addım-addım yanaşma sərgiləyə bilərik. Ermənilər hər zaman deyir ki, Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliklə bağlı narahatlıqları var. Bu çox normaldır, amma gəlin normal insanlar kimi oturaq və demilitarizasiya elementlərini müzakirə edək”.

Hikmət Hacıyev əlavə edib ki, hər kəs, o cümlədən Ermənistan münaqişənin necə həll olunmalı olduğunu bilir: “ATƏT-in Minsk qrupu həmsədrləri öz işlərini görür. Lakin gözləntilər hər zaman yüksəkdir. Hər 3 ölkə BMT TŞ-nin daimi nümayəndələridir. Onlar beynəlxalq sülh və təhlükəsizliyə cavabdehdir. Onların prosesə daha aktiv cəlb olunması kimi gözəntilər var. Həmsədrlər bu yaxınlarda Azərbaycanda oldular.  Geniş danışıqlar apardıq. Hazırda xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir. Ümumilikdə biz substantiv, intensiv danışıqları dəstəkləyirik. Biz bu istiqamətdə Minsk qrupunun səylərini yüksək qiymətləndiririk, lakin  onların səylərini ikiqat artırmalarını gözləyirik. İlk növbədə Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Ötən il sentyabrda Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev konstruktiv yanaşma nümayiş etdirdi. Ermənistan baş naziri Nikol Paşinyanla birbaşa danışıqlar oldu. Bu, heç kəsin, həmsədrlərin müdaxiləsi olmadan baş verdi. Onlar bir sıra konkret məsələlərdə, o cümlədən atəşkəs rejiminin gücləndirilməsində razılığa gəldilər. Biz inanırıq ki, Bakı və Yerevan arasında birbaşa danışıqlar nəticə verə bilər. Lakin beynəlxalq ictimaiyyətin və Minsk qrupu həmsədrlərinin rolunu yüksək qiymətləndiririk”.

 
Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio