USD - 1.7 EUR - 1.8856 RUB - 0.0256 TRY - 0.3045 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək  “ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur “Relaks”dakı hadisə ilə bağlı rəsmi açıqlama Vilayət Eyvazov əsgərlərlə nahar etdi, tapşırıqlar verdi Bakı Tikiş Evi: “Yeni məktəbli formaları fərqli olacaq”
Bakıda Baku Food Fest-in yubiley sezonu baş tutacaq

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı baş tutacaq - Baku Food Fest.

ASAN Radio bildirir ki, bu dəfə tədbir 24 gün davam edəcək, 13 İyun - 7 iyul tarixlərində, bakılıların ən sevdiyi məkanlarından biri - Sahil Bağında təşkil olunacaq.

Festival hər zamanki kimi, yemək və içkilərin müxtəlifliyindən əlavə, həmdə maraqlı əyləncəvi proqram ilə gələn qonaqları sevindirəcək. Bu dəfə, Festivalın əsas partnyorlarından biri Soliton təqdim edəcək açıq mətbəxində hər gün Bakının tanınmış simalarını sizlərlə görüşdürəcək, və onlara qulaq asmaqdan əlavə, sevdikləri yeməklərin hazırlanması prosesini izləmək imkanını yaradacaq.

Bundan əlavə, Festivalda ilk dəfə EURO 2020 layihəsinin təqdimatı baş tutacaq, və Baku Food Fest ərazisində futbol simulyasiyalı unikal stend, tədbirə biletlərin satışı haqqında nöqtələr yerləşdirələcək.

Həmçinin, Moskvanın ən tanınmış restoran şəbəkəsi olan Novikov Group Baku Food Fest-də ilk dəfə 2 unikal stendi Caspar cafe və Syrovarnya ilk dəfə təqdim edəcək. Bu qeryri-adi foto stendlərdə yadda qalan şəkillər etməkdən əlavə, "dadlı" prizləri qazanmaq imkanını da yaradacaq!

Hər zaman olduğu kimi, gələn qonaqları rəngarəng musiqili proqram, və qızmar şəhərin daxilində əsl çimərlik əhval-ruhiyyəsi hiss olunacaq! Tədbirin təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Reklam Agentliyi, ASAN Radio və Soliton, Danone, Procter & Gamble, Berg, Azersun və Novikov Group kimi müstəqil brendlərin dəstəyi ilə, Meal for Real şirkətidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio