USD - 1.7 EUR - 1.9338 RUB - 0.0269 TRY - 0.2945 DAHA ÇOX
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib BMT forumu davam edir BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün mədəni tədbir təşkil olunub Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Yaxın günlərdə qadağan olunan yerlərdə saxlanılan avtomobillərin təxliyəsinə başlanılacaq
Deputatlar bu gün növbədənkənar iclasa toplaşır

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.

ASAN Radionun məlumatına görə, iclas iki gün davam edəcək. İclasın ilk günündə deputatlar əvvəlcə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni müzakirə edəcək.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər.

İki gün davam edəcək iclasın gündəliyinə 36 məsələ daxildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio