USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 500-dən çox neftçi təxliyə edilib Sabahın hava proqnozu
“Son zəng” ərəfəsində “Əziz müəllimim” mahnısına yeni klip çəkildi

Sevilən “Əziz müəllimim” mahnısına yeni klip çəkilib. Klip Təhsil Nazirliyi və ASAN Radionun birgə layihəsi olaraq ərsəyə gəlib. Layihənin Bakı şəhəri 6 saylı məktəb-liseydə təqdimatı keçirilib. Tədbirdə nazirliyin nümayəndələri, yaradıcı heyət, qonaqlar, media mənsubları iştirak edib.

Mahnının bəstəkarı və ifaçısı Sevinc Ağasıyevadır. Sözləri Məhəbbət İbrahimovaya məxsus “Əziz müəllimim” mahnısı yeni aranjimanda təqdim olunur.

Çəkilişlər ASAN Radio və Bakı şəhəri 6 saylı məktəb-liseydə aparılıb. Klipdə müəllim obrazını əməkdar artist Xalidə Quliyeva canlandırıb. Onun simasında müəllim peşəsinin xüsusiyyətləri – nəciblik, peşəkarlıq, səbirli və diqqətli olmaq, o cümlədən müəllim-şаgird münаsibətlərində ən vacib məqamlar öz əksini tapıb.

Klipdə həmçinin tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Türkay Cəfərli, ASAN Radionun aparıcısı Ruslan Zeynal və başqaları rol alıb. 

“Əziz müəllimim” klipinin quruluşçu rejissoru Bəhruz Əliyev, quruluşçu operatoru Nadir Mehdiyev, layihənin rəhbəri ASAN Radionun direktoru Emin Musavidir.

Təşkilati dəstək “EM Group” İnşaat şirkətidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio