USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyeva internat məktəblərində - FOTOLAR

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

ASAN Radio xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir. 

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı. 

İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər. 

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.  

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi. 

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var. 

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!