USD - 1.7 EUR - 1.9498 RUB - 2.0898 TRY - 0.0382 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
Beynəlxalq Muğam Mərkəzində IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi
İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsi qaliblərinin yekun konserti reallaşdı.
Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov qalibləri təbrik etdi. Bildirdi ki, dövlətimiz milli ifaçılıq sənətini, xalq çalğı alətlərinin inkişafını daim diqqətdə saxlayır.  Birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun  və Mədəniyyət Nazirliyinin fəaliyyətində bu sahədə silsilə layihələr həyata keçirilir. Məhz bu uğurlu siyasət nəticəsində biz beynəlxalq sahədə də böyük uğurlar əldə etmişik. Bildiyiniz kimi muğam sənətimiz, aşıq sənətimiz, tar və kamança ifaçılıq sənəti  UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.
Bu gun ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin yekun konsertinə toplaşmışıq. Müsabiqə 7 nominasiyada 3 yaş qrupu üzrə (9-12 yaş, 13-15 və 16-18 yaş) keçirlib. Müsabiqə bütün musiqi müəssisələrini əhatə edib. Təxminən 800 şagird və tələbə seçimlərdə iştirak edib.  İki turdan ibarət müsabiqənin I mərhələsi  (15-31 may) Gəncə, Şəki və Lənkəran, İsmayıllı, Bərdə və Quba şəhərlərində,  II mərhələ  isə 7-9 iyun tarixində Bakı şəhərində gerçəkləşib. İştirakçılar Xalq artsiti Ramiz Quliyevin rəhbərliyi ilə münsiflər tərəfindən seçilib.
Xalq artisti Ramiz Quliyevv çıxışı zamanı respublikamızda musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, Azərbaycan bədii təhsili sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur. Bu baxımdan müsabiqənin çox böyük əhəmiyyəti var.

Çıxışlardan sonra müsabiqənin 15 qalibi konsert proqramı ilə çıxış etdi. Tar, kamança, saz, qanun, qarmon, balaban, nağara alətlərində gənclərin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət təqdim etdikləri proqram böyük maraqla qarşılandı. Gənc istedadların rəngarəng çıxışları, səhnədə bir-birindən maraqlı texnikaları tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!