Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.
Bu barədə Azvision.az -a aktyor özü məlumat verib. O bildirib ki, ölkə başçısının hədiyyə etdiyi mənzil Lökbatan qəsəbəsində, "Binə" ticarət mərkəzinin yaxınlığında yerləşir.
“Mən cənab Prezidentə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, məni sevindirdilər. İndi həmin evdəyik", - aktyor deyib.
Qeyd edək ki, Məmmədsəfa Qasımov Yuğ Teatrının aktyorudur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!