USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
BDU-nun rektoru ona müraciət edən ASAN Radio dinləyicilərini qəbul etdi - AUDİO/FOTO

"QəbuldASAN" verilişinin 4 iyul buraxılışında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qonaq oldu. ASAN Radionun direktoru Emin Musavinin aparıcılığı ilə yayımlanan proqrama tələbələr zəng edərək və ya yazaraq suallarını canlı yayımda qonağımıza ünvanladılar. 

Vaxt məhdudiyyəti səbəbindən səsləndirə bilmədiyimiz sualları cavablandırmaq üçün rektor Elçin Babayev növbəti gün (5 iyul) həmin tələbələrlə görüş keçirdi. ASAN Radionun da iştirak etdiyi qəbulda tələbələri narahat edən məsələlər araşdırıldı, müvafiq tapşırıqlar verildi. Tələbələr minnətdarlıq ifadə etdilər. Görüşdə “QəbuldASAN” verilişinə müraciət edən valideynlər də iştirak edirdi. 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev görüşün nəticəsi ilə bağlı ASAN Radioya məlumat verdi. “QəbuldASAN” verilişinin tələbələrlə kommunikasiyada böyük rol oynadığını dedi. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bəzən  tələbələrin, bəzən isə valideynlərin öz hüquqlarını bilməməsindən də söz açdı. 

Rektor bildirdi ki, Bakı Dövlət universiteti tələbələrin problemlərini operativ və şəffaf şəkildə araşdırılması istiqamətində işini davam etdirəcək. Qeyd edək ki, "QəbuldASAN" verilişini hər həftənin cümə axşamı saat 19:05-də dinləyə bilərsiniz. Verilişin ənənəsinə görə, vaxt məhdudiyyəti səbəbindən efirdə səslndirilməyən müraciətlər sonradan qonağa təqdim edilir və mütləq cavablandırılır. 

Görüşdən hazırladığımız audioreportajı buradan dinləyə bilərsiniz:

http://bit.ly/2XtC7rn

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!