ASAN Radio Real-a istinadla xəbər verir ki, Çinlə Azərbaycan əməkdaşlığına əsasən Sian-Bakı blok qatarının qarşılanması mərasimini keçirilib.
Əməkdaşlıq çərçivəsində Çindən gələn qatarlar Xəzərdən keçməklə Azərbaycandan tranzit olaraq Bakı-Tbilisi Dəmir yolu vasitəsi ilə Avropaya, Türkiyəyə, oradan isə bütün Avropa ölkələrinə yük daşıyacaq.
Qeyd edək ki, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və "Türküstan” gəmisi ilə Ələt limanına yola salınıb.
Layihə bu ilin aprel ayında Pekində 2-ci "Bir kəmər, bir yol” Forumunda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 22,2025 14:25
May 08,2025 19:28
May 07,2025 11:00
May 07,2025 10:54
Fevral 24,2025 17:44“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!