Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.
M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər: "Bəzən mətbuat nümayəndələri məzarlıqlarla bağlı bütün məsələlərə görə bizim komitəyə müraciət edirlər, amma məzarlıqlar, dediyim kimi, yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən deyil, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!