USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub Yaqub Mahmudova həsr olunan növbəti kitab çapdan çıxıb
Prezident İlham Əliyevin “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

ASAN Radionun xəbərinə görə, müraciətdə qeyd olunur:

Hörmətli Simpozium iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir.

İslam VII əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlamış və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilmişdir. Xalqımız yüz illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişlər.

Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda, mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun maraqlı və konstruktiv müzakirələr şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio