USD - 1.7 EUR - 1.8744 RUB - 0.0266 TRY - 0.2954 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaradıcılıq axşamına baxıblar İstirahət günlərində gözlənilən hava proqnozu Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib Prezident Rusiyanın Şimali Qafqaz respublikalarının müsəlman din xadimlərini qəbul edib Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu
Nazir müavini soğanın qiymətinin yüksək olmasına münasibət bildirib

Yaxın zamanda "Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası" İctimai Birliyi yaradılacaq.

ASAN Radionun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda kartof və soğanla bağlı ölkə tərəfindən müəyyən rıçaqlar tətbiq olundu. Hər hansı zərurət yarandıqda dövlət tərəfindən daxili bazarı tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Nazir müavini hazırda soğanın bazar qiymətinin yüksək olmadığını bildirib və əlavə edib ki, hazırkı qiymət soğanın yetişdirilməsi xərclərini əks etdirir.

Qeyd edək ki, yayın əvvəlində havaların isti keçməsi bölgələrdəki sahələrdən soğanın yığımına mənfi təsir edib. Bu səbəbdən pərakəndə ticarət obyektlərində soğanın qiymətində artım müşahidə olunub. Hazırda isə soğanın kütləvi yığımına başlanıb. Fermerlər yaxın günlərdə qiymətlərin aşağı düşməsini proqnozlaşdırırlar. Belə ki, bazarda təklifin artması soğanın pərakəndə satış qiymətinə də təsir edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio