USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
XİN rəhbərinin müavini: “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən biri digərinin ərazisini işğal edə bilməz”

“Azərbaycan iqtisadi islahatlar, habelə korrupsiyaya qarşı mübarizə ilə yanaşı, qanunların rolunun gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmətin təmin edilməsi sahəsində uğurlu siyasət həyata keçirir”.

APA-nın xəbərinə görə, bunu “Şərq Tərəfdaşlığı”nın 10-cu il dönümünə həsr olunmuş Batumi Beynəlxalq Konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın 10 il ərzində gördüyü işləri şərh edərkən deyib. 

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanın demək olar bütün qonşuları ilə strateji əməkdaşlığı mövcuddur: “Azərbaycan özünü regionda etibarlı tərəfdaş kimi sübut edib. Ancaq təəssüf ki, əlaqələr, ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. 2013-cü ilin oktyabrında Avropa Parlamentində qəbul olunmuş qətnamədə qeyd olunduğu kimi, Avropa İttifaqının qonşuluq siyasətinə görə, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən biri digərinin ərazisini işğal edə bilməz. Bu, yalnız BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi, ATƏT sənədlərində deyil, həm də Avropa İttifaqının sənədlərində öz əksini tapıb. Avropa İttifaqını xarici və təhlükəsizlik siyasəti üçün nəzərdə tutulan qlobal strategiyasına görə, suverenlik, müstəqillik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli qurumun təhlükəsizliyinin əsas elementləridir. Biz bu qaydanı bütün sənədlərdə, səviyyələrdə və çərçivələrdə əks etdirməliyik. İnanırıq ki, “Şərq Tərəfdaşlığı”nın gələcəyi, uğuru regionda təhlükəsizliyin və stabilliyin qorunub saxlanılmasından asılıdır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!