USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub Yaqub Mahmudova həsr olunan növbəti kitab çapdan çıxıb
Zaur Əliyev: Həkimləri bölgələrdə işləməyə cəlb edəcək layihə hazırlanır

İcbari tibbi sığortanın gələn ildən etibarən ölkəmizdə tətbiqi ilə əlaqədar hazırlıq işləri aparılır. Hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilən xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında söyləyib.

Z.Əliyev deyib: “Bu istiqamətdə hər hansı bir gecikmə müşahidə olunmur, bütün xəstəxanalarda intensiv iş gedir. Digər məsələ normativ hüquqi baza ilə bağlıdır və o aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Yaxın bir ay ərzində bu prosesin bitəcəyi və sənədlərin təxminən sentyabrda təsdiqlənəcəyi gözlənilir. Bundan sonra ictimaiyyətə qaydalar haqqında ətraflı məlumat veriləcək. Həmçinin gələn ildən xəstəxanalarda 20-yə yaxın keyfiyyət standartı tətbiq etməyə çalışacağıq. Keyfiyyət standartlarını uğurla həyata keçirə bilən xəstəxanalara əlavə maliyyə vəsaiti ayrılacaq”.

Agentliyin İdarə Heyətinin sədri gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqının artacağını və bu artımın iki hissədən ibarət olacağını qeyd edib: “Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihənin icrası zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik. Bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olunacaq.

Bununla yanaşı, hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrdə işləməyə cəlb edəcək üçün layihə üzərində işləyirik. Bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əməkhaqqında fərqlərin olması ilə bağlı təklifləri müzakirə edilir".

“İcbari tibbi sığorta ilə bağlı həyata keçirilən pilot layihədə müraciətlərin sayından asılı olaraq xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər arasında süni mayalanma və orqan köçürmələri də var. Bunlar böyük vəsait tələb edən sahələrdir. Hesablamalar göstərir ki, gələn ildən limitli şəkildə onların icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi mümkündür. Hazırda onların xidmətlər zərfinə daxil edilməsi təklif olunub. Təkliflər öz təsdiqini tapdıqdan sonra əminliklə deyə biləcəyik ki, həmin istiqamətlər üzrə nə qədər və hansı növbə ilə xidmət etməyi gözləyirik. Çünki burada növbəlilik düzgün, ədalətli şəkildə tənzimlənməlidir ki, ən çox ehtiyacı olan vətəndaşlar həmin xidmətlərdən yararlana bilsinlər", - deyə Z.Əliyev diqqətə çatdırıb.(AZƏRTAC)

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio