İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Böyük və Kiçik Qafqaza yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsindəəsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Bakıda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!