USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yaqub Mahmudova həsr olunan növbəti kitab çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan növbəti əsər - “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı nəşr olunub.

Tarix İnstitutundan radiomuza verilən məlumata görə, kitaba ön sözü AMEA-nın Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yazıb.

Kitaba Milli Məclisin deputatları, görkəmli alimlər, tanınmış jurnalistlər və başqalarının Yaqub Mahmudov haqqında məqalələri, xatirələri daxil edilib. O, yazılarda Azərbaycan tarix elminin patriarxı adlandırılıb.

Əsərdə qeyd olunub ki, görkəmli tarixçi alim 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent və 1981-2004-cü illərdə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. Onun yetirmələri arasında tarixçi alimlər, yüksək vəzifəli məmurlar, diplomatlar və başqaları var. Onlar qədimdən müasir dövrədək Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş dissertasiyalar yazıblar. Yetirmələrinin coğrafiyası Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, İran, Özbəkistan və digər ölkələri də əhatə edir.

Kitabda yazılıb ki, o, 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. 2012-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib. 2007-ci ildə 40 illik fasilədən sonra “Tarix İnstitutunun elmi əsərləri” jurnalının nəşri bərpa edilib, 2019-cu ildə isə institutun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Kitabda, həmçinin qeyd edilib ki, akademik bir sıra mükafatlara, o cümlədən “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudova həsr olunan 4 kitab - “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitabları çap olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!