Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
SOCAR-dan ASAN Radioya verilən məlumata görə, Baş Nazir Novruz Məmmədov X.Yusifzadəni qəbul edib, mükafata layiq görülməsi münasibətilə onu təbrik edib, Prezidentin tapşırığı ilə yubiley medalını görkəmli neftçi-alimə təqdim edib.
N.Məmmədov X.Yusifzadəyə möhkəm cansağlığı arzulayıb və onun respublikanın neft sənayesinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağına əmin olduğunu bildirib.
Akademik ölkə neftçilərinə göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan neftçiləri dövlət başçısının tapşırıqlarına bundan sonra da şərəflə əməl edəcək, Azərbaycanın nefti və qazı ilə bağlı möhtəşəm layihələri uğurla həyata keçirəcəklər.
X.Yusifzadə onu qəbul etdiyi və yubiley medalını şəxsən təqdim etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!